Bakıda yaşayış binasında yanğın olub
Bakının Binəqədi rayonunda yanğın baş verib.
APA TV-nin hadisə yerində olan müxbiri xəbər verir ki, Cəfər Xəndan 40 a küçəsində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki mənzillərin birində yanğın olub. Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.
Binanın mühafizəçisi yanğın zamanı qəhrəmanlıq göstərib: "Qalxdım yuxarı, dərhal kömək etdim, evdə qalanları çıxartdım. Bu, mənim vəzifə borcum idi".
Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib, yanğının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Mənzildə yaşayanların kirayənişin olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR
14:05
225
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
990
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1038
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1030
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
568
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
690