Ramana yolunda hərəkətdə olan maşın alışdı - HADİSƏ YERİNDƏN

Qala-Ramana yolunun üstündə "Ford" markalı yük maşını qəfildən alışmağa başlayıb.

 

APA TV-nin xəbərinə görə, 90 JR 394 dövlət nömrə nişanlı yük maşınını magistral yolla hərəkət edən digər sürücülər söndürüblər.

 

Onlar avtomobillərində saxladıqları ehtiyat su qablarını təlaş içində olan sürücüyə veriblər. Bir sürücü isə maşını saxlayıb yanğınsöndürən balonunu yardım edənlərdən birinə təqdim edərək çıxıb gedib. Təxminən 10 dəqiqə ərzində ətrafdakıların köməyi ilə mühərrikdən başlayan tüstülənmənin qarşısı alınıb.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR