Astarada çay örüş torpaqlarını yuyur
Astarada Pensər çayının yuyub apardığı yol 45 ailəni örüş torpaqlarından məhrum edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, Astaranın Şiyəkəran kəndində Pensər çayının sahilində yaşayan insanlar təhlükə ilə üzləşib.
Ötən il çayda suyun səviyyəsinin kəskin qalxması səbəbindən torpaq qatı sahilə doğru 20 metrədək yuyulub. Bu səbəbdən bəzi yaşayış evləri üçün təhlükə yaranıb. Hətta bir ailə evini tamamilə söküb və başqa bir ərazidə yeni ev tikib. Bir müddət sonra orada yaşayan bir neçə ev üçün yenidən təhlükə ortaya çıxıb. Vətəndaşlar deyir ki, vaxtında bu məsələyə müdaxilə edilməsə, qalan bir neçə evin də aqibəti yaxşı olmayacaq.
Sakinlər deyir ki, kimisi həmin pay torpaqlarda sitrus bağları salıb, kimisi də taxıl və ya ot tədarük edir. İri avtomaşınla həmin ərazilərə gedə bilmədiklərindən, təsərrüfat işlərində çətinliklər yaranır.
Astara Rayon İcra Hakimiyyətindən APA TV-yə verilən məlumata görə, ərazilərə rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Yekun rəy "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə, Prezident Administrasiyasına göndərilib. Həqiqətən də orada beton çəpərlərin tikilməsinə ehtiyac var. Amma bunu rayonun öz vəsaiti hesabına bərpa etmək mümkün deyil. Əgər vəsait ayrılarsa, problem aradan qaldırılacaq.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR