Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutdu - HADİSƏ YERİNDƏN
Ermənilərin işğal altında olan ərazilərdə törətdiyi yanğın qoşunların qarşıdurma xəttini keçərək yaşayış məntəqələrinə çatıb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Ağdamın Baş Qərvənd kəndində vurduğu od, rayonun Çıraqlı kəndinin ərazisinə yayılıb.
Alovun kəndə yayılmasının qarşısı alınsa da, yaxınlıqda və təmas xəttində olan otlaq sahələri ilə yanaşı ağacların yanmasına səbəb olub. Həmin vaxt tüstü qatı və kül təbəqəsi kəndi və əkin sahələrini bürüyüb. Yanğın zamanı yırtıcı heyvanların və zəhərli ilan sürülərinin yaşayış məntəqələrinə miqrasiyası müşahidə olunub.
Ermənilərin çıxardığı yanğın gecə boyu müşahidə olunub. APA TV-nin əməkdaşları çəkiliş apararkən ermənilərin kəndi atəşə tutması müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR