İran Trampın başsağlığını rədd etdi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın ölkəsində baş verən terror aktına reaksiyasını tənqid edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbərinin İranı terrorizmin sponsoru və eyni zamanda qurbanı adlandırmasını İranın baş diplomatı ziddiyyətli bəyanat kimi dəyərləndirərək, məhz ABŞ və tərəfdaşlarının terroru dəstəklədiyini bildirib.
M. Zərif İran xalqının Vaşinqtonun dostluq təklifini rədd etdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 7-də Donald Tramp məlum terror hadisəsi ilə bağlı başsağlığında İranı terrorçuluğu himayə etməkdə günahlandırıb: "Bir daha qeyd edirik, terrorçuluğu dəstəkləyən ölkələr elə bu bəlanın qurbanı olur" - deyə, D. Tramp vurğulayıb.
Xatırladaq ki, iyunun 7-də Tehranda baş vermiş terror aktında 13 nəfər ölüb, 43 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR