İran Tehrandakı terrorlara görə Səudiyyə Ərəbistanını günahlandırır

İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) iyunun 7-də Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb. APA TV-nin məlumatına görə, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Salami “Mehr” agentliyinə müsahibəsində deyib.

 

O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.

 

Qeyd edək ki, İran parlamentinə və İmam Xomeyni türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR