İranda "qara çərşənbə"nin yekunu - 12 ÖLÜ, 42 YARALI

İranda terror silsilə terror aktları törədilib. APA TV-nin İran mətbuatına istinadən verdiyi məlumata görə, ölkə parlamentində silahlı insident yaşanıb.


"Kalaşnikov" və tapançalarla silahlanmış şəxslər içəri qadın paltarlarında daxil olub. Onlar 7 nəfəri öldürüb, mühafizəçiləri və əməkdaşları yaralayıblar. Terrorçular bir neçə nəfəri girov götürüb.

 

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları cəlb edilib, əməliyyat başlanıb. Atışma bir neçə saat davam edib. Binadan çıxmağa müvəffəq olan silahlılar küçədə atışmanı davam etdirib, bir müddət sonra zərərsizləşdiriliblər. 4 silahlının hamısı məhv edilib.  

 

Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri Əli Laricani hadisə yerinə baxış keçirib.

 

Eyni anda Tehranın cənubunda yerləşən "İmam Xomeyni" türbəsinə də hücum olub. Hücum edənlərdən ikisinin qadın olduğu müəyyən edilib. Qadınlardan biri özünü partladıb, ikincisi isə tutulub.

 

Silahlı şəxslərdən birini hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüb, digəri isə sianid turşusu içərək intihar edib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Əməliyyat zamanı Xomeyninin türbəsi ərazisində daha bir partlayışın baş verdiyi barədə məlumat yayılıb. Məlumatda kamikadzenin özünü partlatdığı bildirilir. Ölən və yaralananlar barədə xəbər verilmir.


Xomeyninin türbəsində öldürülən üçüncü şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir.


Baş verənlərlə eyni anda Tehran metrosunda da partlayış törədilib. İnsident "İmam Xomeyni" stansiyasında qeydə alınıb. Ölən və yaralılar barədə məlumat verilmir.

 

İran DİN-in yaydığı son məlumata görə, hadisələr nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.

Xatırladaq ki, baş verənlərə görə İŞİD terror təşkilatı məsuliyyəti üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR