Qəbələdə atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başlayır
Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar keçiriləcək.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yarışlarda iştirak etmək üçün Qəbələyə gələn 45 ölkənin 700-ə yaxın idmançısı iyunun 7-də səhər saatlarından başlayaraq Stend və Ox Atıcılığı Kompleksində rəsmi təlim-məşq toplanışında iştirak edir.
Bu gün axşam saat 19:00-da Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində yarışların rəsmi açılış mərasimi olacaq. Beynlxalq yarışa iyunun 8-də start veriləcək. İlk olaraq qadın və kişi idmançılar 10 metr məsafəyə atəş açmaq yarışında iştirak edəcəklər.
Yarışa hazırlıq məqsədilə Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Beynəlxalq İdman Atıcılıq Federasiyasının, Azərbaycan Atıcılıq Federasiyasının, “Qəbələ” Atıcılıq Klubunun, eləcə də 45 ölkənin atıcılıq federasiyalarının nümayəndələri, idmançıların məşqçiləri və hakimlər, texniki işçilər iştirak ediblər. İclasda təşkilati məsələlər müzakirə edilib, komandaların heyəti açıqlanıb.
İyunun 8-dən 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR