Lənkəranda maşın ağaca çırpıldı, iki məktəbli öldü
Lənkəranda baş verən avtoqəzada iki məktəbli ölüb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı, 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Güclü zərbə nəticəsində avtomaşında olan iki nəfər - rayonun Liman şəhər və Qumbaşı kənd sakinləri Kənan Adil oğlu Səfərov və Xalid Xaliq oğlu Səfərov hadisə yerində keçinib. Hadisə zamanı deformasiyaya uğramış avtomaşında olan meyitləri yaxınlıqdakı insanlar avtomaşından çıxarıb. Hadisəyə yüksək sürətin səbəb olduğu deyilir.
Qeyd edək ki, hadisə zamanı ölənlərin hər ikisi 11-ci sinif şagirdləridir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:05
251
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1012
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1055
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1035
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
570
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
692