Külək Cəlilabadda fəsadlar törətdi

Güclü külək Cəlilabadda bir sıra fəsadlar törədib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Ələt-Astara magistralının Cəlilabaddan keçən hissəsində ayrı-ayrı yerlərdə iri gövdəli ağaclar küləyin təsirindən qoparaq magistral yola aşıb.

 

Axşam boyunca bir neçə saat ərzində yolda nəqliyyat vasitələrinin hərəkətləri çətinləşib. Bəzi yerlərdə tıxac yaranıb.

 

Avtomobillərin hərəkətinin təmin olunmasından ötrü Yol Patrul Xidmətinin əməkdaşları bəzi yerlərdə ağacları yoldan kənarlaşdırıblar. Bundan başqa, güclü külək satış məqsədilə sahələrdən yığılmış çiyələklərlə dolu qabları dağıdaraq yararsız hala salıb. Bəzi sahələrdə məhsulların toplanması üçün olan tikililər aşıb.

 

Qeyd edək ki, xoşbəxtlikdən hadisə zamanı yol boyu hərəkət edən avtomobillərə ziyan dəyməyib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR