Neft yenidən 50 dolların altına düşdü
Dünya bazarında neftin qiymətlərində qeyri-stabillik davam edir.
APA TV-nin məlumatına görə, ABŞ-da özəl sektorun açıqladığı məlumatlarda benzin ehtiyatlarının artdığı göstərilir.
Amerika Neft İnstitutu benzin ehtiyatlarının ötən həftə 4,08 milyon barel artdığını bildirib. Xam neft ehtiyatları isə 4,62 milyon barel azalıb. Bu neftin qiymətlərinə mənfi təsir edib.
Günün ilk saatlarında 50 dolları keçməyi bacaran "Brent" nefti yenidən ucuzlaşıb. Hazırda bu markadan olan neft 49,91 dollara təklif olunur. WTİ nefti də bahalaşmadan sonra ucuzlaşıb. Qərbi Texas nefti gecə saatlarında 48,36 dollara satılırdısa, hazırda 48,05 dollardan satılır.
Xam neft OPEK və Rusiya başda olmaqla bəzi hasilatçı ölkələrin istehsalı azaltmaq cəhdlərinə baxmayaraq 50 dolların üzərində dayana bilmir. Eyni zamanda ABŞ-da neft hasilatı 2018-ci ildə gündəlik ortalama 10 milyon bareldən çox olacaq və 50 ilin rekordu qırılacaq. Beləliklə OPEK-in hasilatın dondurulması ilə bağlı bütün mübarizələri nəticəsiz qala bilər.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR