Məşhur "Azadlıq" batalyonu haqda kitab yazıldı

"I Qarabağ müharibəsi zamanı "Azadlıq" batalyonu 28 nəfər şəhid verib".

 

APA TV-nin məlumatına görə, bu fikirləri "Azadlıq" - Xalq Ordusu" kitabının təqdimatı zamanı müəllif Əkbər Mirzəzadə deyib.

 

O qeyd edib ki, kitab batalyonun döyüş yolu, habelə Ələmşah Məmmədov da daxil olmaqla, qəhrəman əsgərlərdən bəhs edir: "Bu batalyonda 1000-dən yuxarı adam döyüşüb, batalyon 28 nəfər şəhid verib, onlarla adam qolunu-ayağını itirib, hazırda müharibə əlilinə çevrilib. Onu da qeyd edim ki, batalyonun komandiri Ələmşah Məmmədov olub".

 

Qarabağ qazisi Gəray Əsədov batalyonun döyüş yolundan danışıb. Bildirilib ki, 1991-ci ildə Bərdədə təşkil olunan batalyon Tərtərin Marquşavan kəndi də daxil olmaqla, bir sıra yaşayış məntəqələrinin düşməndən azad olunmasında iştirak edib. Natiqlər onu da diqqətə çatdırıblar ki, Xalq Cəbhəsi hakimiyyətinin həbs etdiyi Ələmşah Məmmədov mərhum prezident Heydər Əliyevin bilavasitə müdaxiləsi ilə həbsdən buraxılıb.

 

Çıxış edənlər digər batalyonların da döyüş yolundan bəhs edəcək kitabların yazılmasının vacibliyini qeyd ediblər.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR