Sərxan Kərəmoğlu: "Təranə Qumral səhərə qədər qapıları pusur"
“Maşın Şou-Qarşıdurma”nın hər günü daha da həyəcanlı keçir.
APA TV-nin məlumatına görə, oyunun gedişatı o qədər sürətlə dəyişir ki, kimin nə zaman gedəcəyini müəyyən etmək get-gedə çətinləşir. Bu dəfə diqqət mərkəzində təcrübəli iştirakçı Səidə Sultan oldu.
Aktyor Sərxan Kərəmoğlunun atmacası isə şouda növbəti qalmaqalın əsasını qoyub: “Səhər saat 8-ə kimi bütün qapıların ağzında, koridorda gəzir. Qapıları pusur”.
Maraqlıdır ki, Təranə Qumral deyilənləri təkzib etməyib.
Bu daxili qarşıdurmanın necə nəticələnəcəyini zaman göstərəcək. Bu arada başqa bir qalmaqal Səidə Sultanla Elcan Rəsulov arasında baş verib.
Səidə Sultan səs toplayacağı təqdirdə, Elcanı da uzaqlaşdıra biləcəyini açıqlamışdı, lakin o, buna müvəffəq ola bilmədi. Çünki çoxluq Səidə Sultana “getsin” deyib.
Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA və Vesti.az informasiya agentliklərinə məxsusdur.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR