Səudiyyə Qətərin qarşısına şərtlər qoydu - HANSILARDIR?
Səudiyyə Ərəbistanı münasibətləri yenidən bərpa etmək üçün Qətərin qarşısına müəyyən şərtlər qoyub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmi Ər-Riyadın tələblərinə İranla diplomatik əlaqələrə son verilməsi, "Müsəlman qardaşları" və "HƏMAS" üzvlərinin ölkədən çıxarılmaqla hesablarına həbs qoyulması və digər müddəalar daxildir.
Bundan əlavə Səudiyyə hökuməti Qətərdən "Əl-Cəzirə" telekanalının yayım siyasəti və rəhbərliyinin dərhal dəyişdirilərək, Fars körfəzi ölkələrinin maraqlarına uyğunlaşdırılmasını tələb edib.
Qeyd edək ki, bazar ertəsi Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Dohanı terror qruplaşmalarını dəstəkləmək və Yaxın Şərqdə vəziyyəti destabilləşdirməkdə ittiham edərək bu ölkə ilə diplomatik əlaqələri dayandırıb.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR