İran parlamentinə və Xomeyni türbəsinə hücum edənlər tutuldu - İNTİHAR EDƏN VAR

Tehranda Xomeyninin türbəsinə hücum edənlər 3 nəfər olub. APA TV-nin məlumatına görə, bu barədə İranın dövlət televiziyası xəbər verib.

 

Onlardan biri öldürülüb, biri dərman ataraq, intihar edib, bir nəfəri isə həbs olunub. 
 

Xomeyninin türbəsində öldürülən şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir.
 

Türbəyə hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.


İran parlamentinə silahlı hücum edən 4 nəfər də tutulub.

 

Parlamentə hücum edənlərdən biri kamikadze olub və təhlükəsizlik qüvvələri onu mühasirəyə alıb.

 

Hücum edənlər "Kalaşinkov" avtomatı və tapança ilə silahlanıblar.

Çoxlu sayda yaralının olduğu bildirilir.

 

Qeyd edək ki, parlamentə və Xomeyninin türbəsinə eyni anda hücum edilib.


İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib. 

 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR