İranın ən bahalı filmi ilk dəfə TV-də nümayiş olundu
Vizyona daxil olması ilə diqqətləri üzərinə çəkməyi bacaran “Həzrəti Məhəmməd: Allahın Elçisi” filmi ilk dəfə televiziyada nümayiş olunub.
APA TV-nin məlumatına görə, bioqrafiya, dram və tarixi janrda çəkilən filmin rejissoru Məcid Məcidi, ssenari müəllifi Kambuzia Partovidir. Aktyor heyəti həm gənc, həm də peşəkarlardan ibarətdir. Ekran işinin ərsəyə gəlməsində bir neçə italyan rejissor da iştirak edib.
“Həzrəti Məhəmməd: Allahın Elçisi” filmi üçün iki il araşdırma aparılıb. Ümumiyyətlə, ekran işi 5 ilə çəkilib.
Ötən ildən etibarən böyük səs-küyə səbəb olan ekran işi Hz. Məhəmmədin uşaqlıq və gənclik dövrləri, eyni zamanda İslam dininin yaranmasından bəhs edir.
30 milyon dollar büdcəsi olan filmin çəkilişləri 2015-ci ildə bitib. Effektlər “Oskar” mükafatına layiq görülmüş Scott Anderson və Vittorio Storaro tərəfindən hazırlanıb.
Filmdə Sareh Bayat, Mohsen Tanabandeh, Rana Azadivar, Ali Reza Shoja-Nuri, Mina Sadati və b. çəkilib.
Film 2015-ci ildə, Kanadada keçirilən 39-cu "A" kateqoriyalı Monreal Beynəlxalq Film Festivalında eksklüziv olaraq nümayiş etdirilib və mükafata layiq görülüb.
Qeyd edək ki, bu, İran kino tarixinin ən yüksək büdcəli filmidir.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR