Cəlilabadda 35 yaşlı kişini ildırım vurub öldürdü

Cəlilabadda 35 yaşlı kişini ildırım vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 35 yaşlı Azər Qurbanov Sahədə kartof suvararkən mobil telefonuna zəng gəlib. Danışmaq istədikdə onu ildırım vurub və o, hadisə yerində keçinib.

 

Mərhumun cansız bədəni yaxınları tərəfindən aşkar olunub. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müvafiq müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR