Hacıqabulda dəhşətli qəza: ana və iki oğlu öldü

Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar olub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu, 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Samir Abdullayevin oğlu olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində istintaq araşdırmalarına başlanılıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR