ABŞ-ın rəhbərlik etdiyi koalisiya Əsəd qüvvələrini yenə bombaladı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın Ət-Tanfa rayonunda hökumətyönümlü qüvvələrə yenidən zərbə endirib    

APA TV-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koalisiyanın məlumatında bildirilir ki, “iyunun 6-da ölkənin cənubunda yaradılan təhlükəsiz zonanın daxilində Suriya rejimini dəstəkləyən əlavə qüvvələr məhv edilib”.

Məlumata görə, aviazərbələr nəticəsində Suriya hökumət qüvvələrinin 2 hərbçisi ölüb, 15 nəfər isə yaralanıb.

“Əvvəlki xəbərdarlıqlara baxmayaraq, rejimi dəstəkləyən qüvvələr təhlükəsiz zonaya daxil olub. Söhbət Ət-Tanfa qarnizonunda olan koalisiya və tərəfdar qüvvələrə təhlükə yaradan tank, artilleriya, havadan müdafiə vasitələri, üzərinə silahlar quraşdırılmış texniki avtomobillər və 60-dan çox hərbçidən gedir”, - deyə məlumatda bildirilir. 

Məlumatda koalisiya qüvvələrinin artıq bir neçə aydır Ət-Tanfada olduğu, yerli suriyalılara İŞİD-lə mübarizə üçün təlim keçdiyi qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR