Qubada qəza: meyvə yığımına gedən işçilər xəsarət aldı

Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib

APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb və avtoqəza zamanı içərisində çoxlu sərnişinlərin də olduğu “Qazel” markalı avtomaşın aşıb.

Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan yeddisi ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi isə Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Hadisənin baş verməsində ilkin ehtimal kimi sürücünün idarəetməni itirməsi göstərilir. Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR