ABŞ BMT-ni İsrailə qarşı qərəzli olmaqda suçladı
ABŞ BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyünü gözdən keçirəcəyini açıqlayıb. İsrail əleyhinə alınan qərarların qərəzli olduğunu açıqlayan Amerikanın bu təşkilatdakı daimi nümayəndəsi Nikki Heyli, İsrailin vəziyyətini Venesuela ilə müqayisə edərək, ona qarşı haqsızlıq edildiyini dilə gətirib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Şuradakı üzvlüklə bağlı qərarın üç həftə ərzində Cenevrədə keçiriləcək iclaslardan sonra veriləcəyi bildirilir.
"Bu Şuranın üzvü olmaq ayrıca bir üstünlükdür. Ona görə də insan hüquqlarının pozulmasında iştirak edən hər hansı bir ölkənin bu masa ətrafında yeri olmamalıdır. Hər şeyi görürük, bu Şura Venesuela ilə əlaqədar heç bir qərar verməyib. Buna baxmayaraq, yalnız mart ayı ərzində İsrail əleyhinə son dərəcə qərəzli beş qərar verilib. Bu Şuranın etibarlı və inandırıcı olması üçün xroniki antiisrail mövqenin təcili olaraq nəzərdən keçirilməsi və düzəldilməsi lazımdır", - deyə Heyli vurğulayıb.
Rəsmi Vaşinqtondan gələn bu müraciətin prezident Donald Trampın İsrail səfərindən sonraya təsadüf etməsi və BMT-nin plana uyğun ilk toplantısında ortaya qoyulması xüsusi diqqət çəkib. Mövzunun Venesueladakı vəziyyətlə əlaqələndirilməsi isə ABŞ rəhbərliyinin yaxın vaxtlarda bu ölkə ilə əlaqədar müəyyən addımlar atmağa hazırlaşdığı ehtimalını da gündəmə gətirib.
OXŞAR XƏBƏRLƏR
14:05
291
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1047
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1080
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1040
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
572
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
696