Parisdə silahlı insident: polis yaralandı
Fransanın paytaxtı Parisdə bir nəfər çəkiclə polisə hücum edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, hadisə turistlərin ən çox ziyarət etdiyi məkanlardan sayılan Notr-Dam kilsəsi yaxınlığında baş verib və o, polisin müdaxiləsilə zərərsizləşdirilib. Sinəsindən odlu silahla vurulan həmin şəxs yaralı halda ələ keçirilib. Hücum nəticəsində bir polis işçisi də yüngül xəsarət alıb.
Silah səslərindən sonra ərazidə böyük çaxnaşma yaşanıb. Hadisə baş verən zaman həmin yerdə 900-dən çox turist olub və onlar təhlükəsizlik xidməti tərəfindən uzaqlaşdırılıb.
Polisə hücum edən silahlının kimliyi və hadisənin motivi barədə hələlik bir açıqlama verilməyib.
OXŞAR XƏBƏRLƏR
14:05
292
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1048
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1080
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1040
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
572
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
696