Tramp Qətəri "topa tutdu" - "MƏSƏLƏNİ ƏR-RİYADDA ÖYRƏNDİM"
"Yaxın Şərqə səfərim zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd etdim. Bütün ölkələr Qətəri işarə verdi".
APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsi ilə bağlı yaranan böhrana münasibət bildirərkən yazıb.
Bu, ABŞ prezidentinin məsələyə ilk reaksiya olub.
Qeyd edək ki, Qətərlə diplomatik əlaqələri kəsən ölkələr bu ölkə ilə hava əlaqəsini kəsib. Qətər Hava Yolları şirkəti Səudiyyə Ərəbistanı, Misir və Bəhreynə uçuşları ləğv edib. Qətərin Qərb ölkələrinə istiqamət alan təyyarələri İran və Türkiyə üzərindən uçur.
Xatırladaq ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri dayandırdıqlarını bəyan edib. Onlar bunu Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıb. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələri dayandırdığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR