14 yaşlı velosipedçi yük maşınının altında qalıb öldü

Cəlilabadda 14 yaşlı velosipedçi yük maşınının altında qalaraq ölüb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

 

Rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə Uzuntəpə kənd sakini, 2003-cü il təvəllüdlü Elnur Mirzəyevi vurub. Avtomobilin altında qalan azyaşlı hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR