Rusiya AŞPA-nın pulunu kəsdi

Rusiya Avropa Şurasına 11 milyon avro həcmində vəsaitin köçürülməsinə qadağa qoyub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, məhdudiyyət Rusiyanın 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasındakı səlahiyyətlərindən məhrum edilməsinə cavab olaraq tətbiq olunub.

 

Məhdudiyyətlə bağlı qərarın mövcudluğunu Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin də təsdiqləyib.

 

Qeyd edək ki, Rusiya Avropa Şurasının əsas ödəyiciləri sayılan 5 ölkə arasında yer alıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR