Gülüstan Əliyeva meyxanaçı Samirəyə: "Əsl sənətlə məşğul olan..."
Əməkdar artist, xanəndə Gülüstan Əliyeva yeni mahnısını təqdim edib. Bu, sözləri və musiqisi görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsus olan “Unutma” adlı mahnıdır.
APA TV-nin məlumatına görə, əməkdar artist yeni nəğməsini çox bəyənib: “Çox mahnılar ifa edirik, amma onların içində az hallarda ürəyimizə yatam mahnılar olur”.
Sənətçi həmçinin konsert verməyə hazırlaşır: “Yaşıl Teatrda, inşallah. Ötən ilin sonunda “Payız sevgisi” adlı konsertlə sevənlərimlə görüşdüm. O layihəni bölgələrimizdə də etdim. 5-6 rayonumuzda etmişəm. Zamanla bunu davam etməyi düşünürəm “Ey Vətən” layihəsi kimi”.
Gülüstan xanım bildirib ki, konsertdə repertuarı zəngin olacaq. Hər tamaşaçının zövqünə uyğun həm xalq musiqisi, həm də estrada mahnıları səslənəcək.
Əməkdar artist bu yaxınlarda “Ay nənə” mahnısı ilə bağlı meyxanaçı Samirə Yusifqızı ilə aralarında yaranan söz-söhbətə də aydınlıq gətirib.
Meyxanaçının “Bu mahnını ilk dəfə mən ifa etmişəm, aranjemanı da mənə məxsusdur” ittihamına sənətçi belə cavab verib: “Xalq mahnılarının yüzlərlə, minlərlə ifaçısı var. Onlardan biri də mənəm. O mahnının populyarlığında, yenidən “dünyaya gəlməsində” mənim və musiqiçi dostlarımın - Elnur Əhmədovla Elçin Haşımovun çox böyük zəhmətimiz olub. Tamaşaçılar da, məncə, mənimlə eyni fikirdədir”.
Əməkdar artistin qarşı tərəfə son sözü bu olub: “Əsl sənətlə məşğul olan insanların ucuz reklama ehtiyacı olmamalıdır. Ancaq sənətlə gündəmə gəlmək lazımdır. Ona görə də belə təsadüfi kəmiyyətlərə fikir vermirəm”.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR