Binəli Yıldırım: "Təhlükə hiss etsək, müdaxilə edəcəyik"
"Əgər Türkiyənin maraqlarına qarşı hər hansı addım atılarsa biz müdaxilə edəcəyik". APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Binəli Yıldırım Suriyada Rəqqa əməliyyatına start verilməsini dəyərləndirərkən bildirib.
O deyib ki, Ankara ABŞ-ın bu əməliyyata başqa bir terror təşkilatı ilə ortaq başlamasını pisləyir: "Təəssüf hissi keçiririk. ABŞ kimi bir dövlətə bu yaraşmır. Bir terror qruplaşmasını digər bir terror qruplaşmasının əli ilə məhv etmək istəyirlər. Bunun çox pis nəticələri ola bilər. Maraqlarımızı qoruyacağıq, ölkəmizə və vətəndaşlarımıza azacıq təhlükə yaranacağı halda müdaxilə edəcəyik".
Baş nazir Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı həyata keçirdiyi əməliyyatları xatırladıb.
Türkiyə hökumətinin rəhbəri bölgədə yaşanan siyasi gərginliyə də toxunub: "Bəzi Körfəz ölkələri Qətərə qarşı sanksiyalar tətbiq edilməsi barədə qərar verib. Bundan təəssüf hissi keçiririk. Biz region dövlətləri ilə strateji tərəfdaşıq. Məsələnin dialoq şəraitində həllinin tərəfdarıyıq. Köməyimizi də əsirgəməyəcəyik".
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR