Bakıda qadınlara qənim kəsilən şəxs yaxalandı

Bakıda qadınlara onlara zor tətbiq edib qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, bir neçə vaxtdır bu işlə məşğul olan Alı Tağıyevi Nəsimi Rayon Polis İdarəsi (RPİ) və ərazidə olan Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) əməkdaşları yaxalayıblar.

 

O, iyun ayının 3-də saat 18:00 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək, qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb: "Nəsimi rayon ərazisində 4, Nərimanov rayon ərazisində 1 hadisəm olub. Hamısında qadınları güdürdüm. Sonra yer tapan kimi bəzilərinin boğazından  dartıb qaçırdım, bəzilərini isə kənara çəkib döyüb qızıllarını alıb gedirdim".  

 

Araşdırma zamanı saxlanılan şəxsin həmin gün Nəsimi rayonu ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl boyunbağısını quldurluq yolu ilə ələ keçirdiyi də məlum olub. Bu şəxsi görüb tanıyanlardan Nəsimi RPİ-yə müraciət etmələri xahiş olunur.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR