Bu çimərliklərə getməyin! - REPORTAJ
Yayın gəlişinə sayılı günlər qalıb. Hər il olduğu kimi, sözsüz ki, bu il də paytaxt sakinləri və şəhərimizin qonaqlarının istirahət üçün üz tutduqları məkan yenə çimərliklər olacaq. Maraqlıdır, dəniz suyu nümunələrinin monitorinqinin nəticələri necədir? Hansı çimərliklərə üz tutsaq, daha yaxşı olar? Bu suallara cavab tapmaq üçün üz tutduq Gigiyena və Epidemiologiya Mərkəzinə.
APA TV-nin məlumatına görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov iki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöplərinin həddən artıq çox olduğuna diqqət çəkib: "Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır".
Ziyəddin Kazımov monitorinqlərə may ayının 16-dan başlandığını qeyd edib və istirahət üçün yararlı çimərliklərin siyahısını açıqlayıb: "O ki qaldı 4 inzibati rayon ərazisində yerləşən çimərliklər, bunlar əsasən Binəqədi, Xəzər, Sabunçu və Suraxanı rayonlarının ərazisidir ki, burda vətəndaşlar tam səmərəli istirahət edə bilərlər. Respublika ərazisinə gəlincə isə, qeyd edə bilərəm ki, şimal və cənub rayonlarında da çimərliklər mövcuddur. Həmin ərazilərdən də götürülmüş dəniz suyu tam bakterioloji-toksikoloji göstəricilərinə görə standartlara cavab verir".
Beləliklə, adı çəkilən iki çimərliklə əlaqədar 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.
Havanın hərarəti isti olduğundan, üz tutduq pulsuz çimərliklərdən birinə. Dəniz sahilində az da olsa, istirahət edənlərə rast gəldik. Azyaşlılar isə isti qumun kefini çıxarırdılar.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR