Zaqatalada Qarabağ əlilləri və şəhid ailəsinə 3 ev verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib.
APA TV-nin məlumatına görə, tədbirdə Dövlət Sosial Müdafiə Fondunun, Zaqatala Rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda və respublikamızın regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni inşa olunmuş mənzillərlə təminatı tədbirləri də ildən-ilə uğurla davam etdirilir. Keçən il və cari ilin ötən dövründə nazirlik bu təbəqələrdən olan 320 nəfərə yaxın vətəndaşı müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edib. O cümlədən qeyd olunan dövrdə Zaqatala rayonunda 17 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunub.
Daha sonra fərdi mənzillərə baxış keçirilib. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələri Azərbaycan prezidentinin aylıq təqaüdü, əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də onların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR