Azərbaycana dəniz yolu ilə tiryək və heroin gətirdilər
Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Bölgəsində Regional Şöbəsinə (CBRŞ) Lənkəran şəhər sakinləri - Anar Əliyev və əvvəllər məhkum olunmuş Aşur Məhərrəmovun ölkəyə qanunsuz yollarla külli miqdarda narkotik vasitə keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs A.Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə birlikdə polis şöbəsinə gətirilib.
Araşdırma zamanı məlum olub ki, A.Əliyev şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək, satış məqsədilə ölkəyə külli miqdarda narkotik vasitə olan tiryək və heroinin dəniz yolu ilə gətirilməsini təşkil edib.
Qeyd edilən miqdarda narkotik vasitələri A.Əliyev A.Məhərrəmovla birlikdə əldə edəndən sonra Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yol kənarında gizlədib. Saxlanılandan sonra onların narkotik vasitələri gizlətdikləri yerə baxış keçirilib və oradan içərisində 2 kiloqram 215 qram heroin, 24 kiloqram 075 qram tiryək və 9,351 qram metamfetamin olan çanta aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR