"Qətər böhranı" nefti ucuzlaşdırır: OPEK, Rusiya və ABŞ hansı qərarı verəcək?
Birjalarda neftin qiyməti yenidən ucuzlaşıb.
APA TV-nin məlumatına görə, ötən gün 50,71 dollara qədər bahalaşan "Brent" nefti 1 dollardan çox ucuzlaşıb. Hazırda bu markadan olan xam neftin bir bareli 49,51 dollardan təklif olunur.
WTİ nefti də son 24 saatda xeyli dəyər itirib. Qərbi Texas nefti birjalarda 47,42 dollara satılır. Bu bir dollara qədər ucuzlaşma deməkdir.
Bu gün açıqlanacaq Amerika Neft İnstitutunun ehtiyatların həcminə dair həftəlik qeyr-rəsmi hesabatında ehtiyatların azalacağı gözlənilir. Bu ölkənin neft ehtiyatlarının bir həftə ərzində 3,5 milyon barel azalacağı təxmin olunur.
Səudiyyə Ərəbistanı və Qətər arasında baş verən siyasi böhran neftin qiymətlərini bazar ertəsi yüksəltsə də, yenidən ucuzlaşma problemin neft bazarına təsirinin çox zəif olacağını göstərir. Bazara əsas təsir vasitəsi ABŞ-da istehsalın və hasilatın dəyişməsi, eləcə də OPEK və Rusiya başda olmaqla qeyri-kartel ölkələrinin istehsalı azaltması ilə bağlı apardığı siyasətdir.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR