Xırdalanda faciə: 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü

Abşeron rayonunda azyaşlı uşaq çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq ölüb. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospektindəki “Absheron city” yaşayış kompleksində baş verib. Yaşayış kompleksindəki mənzillərdən birinə qonaq gələn ailə 5 yaşlı Əsədova Məryəm Vüsal qızını nəzarətsiz buraxıb. 1-ci mərtəbədə yerləşən mənzildən çıxan azyaşlı binanın 7-ci mərtəbəsinə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb. Məryəm Əsədova hadisə nəticəsində dünyasını dəyişib.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR