Londonda terror törədənlərdən ikisi məlumdur
Skotland-Yard iyunun 4-nə keçən gecə Londonda hücumlar həyata keçirən üç terrorçudan ikisinin adını açıqlayıb. Terror aktının icraçıları Xuram Şazad Batt və Rəşid Redvandır.
27 yaşlı Şazad Batt Pakistanda doğulub və Böyük Britaniya vətəndaşıdır. O, bundan əvvəl də Britaniya əks-kəşfiyyatının diqqət mərkəzində olub. 30 yaşlı Rəşid Redvanın isə Liviya və ya Mərakeş doğumlu olduğu bildirilir. Üçüncü terrorçunun şəxsiyyəti hələ məlum deyil.
Britaniya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılmış 12 nəfər isə azadlığa buraxılıb. Onlara qarşı heç bir ittiham irəli sürülməyib.
İyunun 3-də “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Yaralılardan 21-nin vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi