ABŞ-da keçmiş hərbçi kütləvi qətl törətdi
ABŞ-ın Florida ştatının Orlando şəhərində kütləvi qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, keçmiş hərbçi şəhərin kənarındakı sənaye zonasında 5 nəfəri güllələyib, daha sonra özünü öldürüb.
Polisin məlumatına görə, hadisəni törədən 47 yaşlı kişi quru qoşunlarının veteranıdır. Kütləvi qətlin baş verdiyi ərazinin şerifi Cerri Deminqs bildirib ki, qatilin terror təşkilatları ilə əlaqəsi ilə bağlı heç bir sübut yoxdur. İlkin ehtimala görə, hadisə münaqişə zəminində baş verib. Belə ki, keçmiş hərbçi bir müddət əvvəl işdən çıxarılıb. O, bunun intiqamını almaq üçün şirkətin ofisinə gəlib və oradakıları güllələyib.
OXŞAR XƏBƏRLƏR
17:40
245
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
365
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1124
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1086
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1045
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
577