“Qalatasaray”ın xəstəliyinə görə almadığı məşhur futbolçu öldü
Çinin “Beytszin” klubunun və Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında vəfat edib. Futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ rəsmi məlumat verilməyib
Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb. 2010-cu ildən İngiltərənin “Nyukasl” klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib. Bir müddət əvvəl onun Türkiyənin “Qalatasaray” klubuna transferi də gündəmdə idi. Lakin futbolçunun səhhətindəki problemlərlə əlaqədar İstanbul klubu son anda transferdən vaz keçmişdi.
Kot-d'İvuar milli komandasının heyətində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi