İŞİD Filippində kilsəni yandırdı

İŞİD terrorçuları Filippinin Maravi şəhərində kilsəni yandırıb. APA TV-nin məlumatına görə, kilsənin yandırılması görüntüləri sosial şəbəkələrdə yayılıb.

 

Kilsəyə daxil olan terrorçular xaçı və İsa peyğəmbərə aid digər kilsə abidələrini dağıdır, Papa Fransiskin fotosunu cırıb kilsəyə od vurublar.

 

Qeyd edək ki, Maravi şəhəri on gündən çoxdur İŞİD terrorçularının əlindədir. Filippin ordusu ilə terrorçular arasında baş verən döyüşlərdə indiyə kimi hərbçi və dinc sakin olmaqla 200-dən artıq insan ölüb.

 

Filippin prezidenti Rodriqe Duterte əmr verib ki, şəhərin azad olunması zamanı girovlar nəzərə alınmaya bilər və terrorçuların hamısı öldürülməlidir. Artıq şəhərin 90 faizinin azad olunduğu bildirilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR