Deniz Seki azadlıqda!

Narkotik maddələrin istifadəsi və satışında təqsirləndirilərək 2014-cü ildə həbs olunan məşhur türkiyəli müğənni Deniz Seki azadlığa buraxılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənnini qarşılamağa ailə üzvləri və fanatları gəlib.

 

Jurnalistlərə ilk açıqlamasında müğənni sevincini "Mən sizin üçün darıxmışam. Xoşbəxtəm. Bir az dincəlmək istəyirəm. Səhərdən hamınız burdasınız, çox təşəkkür edirəm" - deyərək ifadə edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR