Məmməd Araz anıldı
Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə “VII Şairlər Günü” keçirilib.
APA TV-nin məlumatına görə, ənənəvi olaraq keçirilən tədbir bu dəfə xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunub.
Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən tədbirdə Azərbaycanın, eləcə də Türkiyənin tanınmış yazarları iştirak edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar vurğulayıb ki, 5 iyun həm də Mikayıl Müşfiq və Vaqif Səmədoğlunun doğum günüdür. Akademik İsa Həbibbəyli isə Məmməd Arazı istiqlal şairi kimi qiymətləndirib. Digər çıxış edənlər də xalq şairinin xarakterik xüsusiyyətlərindən danışıb, onun şeirlərindən parçalar səsləndiriblər. Təşkilatçılar tərəfindən mərasimdə iştirak və çıxış edən qonaqlara “Müşfiq” mükafatı təqdim olunub.
Tədbir boyu tamaşaçılar Məmməd Arazın dilindən səslənən şeirləri dinləmək imkanı da qazanıblar.
Əməkdar artist Gülüstan Əliyevanın ifası isə tədbirə rəng qatıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi