Bakı-Sumqayıt yolunda iki maşın toqquşdu: 4 yaralı

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hərəkətdə olan "Tofaş" markalı, 10 CD 426 dövlət nömrə nişanlı və "Toyota-Avalon" markalı, 50 DS 002 markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, "Tofaş" markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Polis əməkdaşları hadisə yerinə cəlb olunub və hər iki avtomobil cərimə meydançasına aparılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR