Yarım əsr xidmətinizdə! - YUBİLEY QATARINDAN REPORTAJ
Bakı Metropoliteni xəttə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə diqqət çəkən qatar buraxıb.
APA TV-nin xəbərinə görə, qatarın yeni görünüşü metropolitenin noyabrda qeyd ediləcək 50 illik yubileyi münasibətilə xatırlatma sayıla bilər.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qurumun yubileyinə ciddi hazırlaşırlar: "Metropolitenin yubileyi münasibətilə yubiley tədbirlərimiz var. Bu tədbirlərdən biri də yeni dizaynda qatarların xəttə buraxılmasıdır. Bizim qatarlar əvvəl Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında təmir olunurdu, artıq iki ildir qatarları yerli şəraitdə təmir edirik. Bu qatar da təmir olunarkən belə bir ideya gəldi ki, qatarlarımızı yeni görkəmdə, yeni dizaynda istifadəyə verək. Buna görə də qatar tam yeni görkəmdə hazırlanıb".
Qurum yubiley münasibətilə tam fərqli dizaynda qatarı sərnişinlərin ixtiyarına verib. Qatar həm daxili, həm də xarici görünüşünə görə digərlərindən fərqlənir. Belə ki, gördüyünüz kimi, Bakı Metropoliteninin yubileyini əks etdirən loqotiplər oturacaqlara yerləşdirilib.
Qatarın pəncərələrinə yubiley münasibətilə hazırlanan fərqləndirici loqotiplər vurulub, oturacaqlar yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Maşinist kabinəsinin ön hissəsində Azərbaycanın dövlət bayrağı əks olunub, giriş qapıları arasında isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb.
Yeniliklər təkcə bununla da bitmir: "Xüsusilə gedəcəyi istiqaməti göstərən, stansiyanın adını göstərən həmin yazılar ilk dəfədir qaçan sətirlərlə nümayiş olunur. Bundan əlavə, marşrutun nömrəsini göstərən də elektron şəkildə idarə olunur. Qatarın ön hissəsində dəyişiklər etmişik, işıqlandırma sistemi tamamilə yenidir".
Yubiley münasibətilə artıq yeni qatarda hazırlanıb xəttə buraxılacaq.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi