Xamneyidən şok iddia: "Səudiyyə büdcəsinin yarısını itirəcək"
"ABŞ-a inanmaq olmaz. Heç bir halda, heç bir məsələdə". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu İranın ali dini lideri vurğulayıb.
Ayətullah Seyid Əli Xamneyi bunu, nəhayət, Avropanın da dərk etdiyini iddia edib. "Bunu 30 il əvvəl İmam Xomeyni deyirdi. O, ABŞ-ı bütün dünya üçün təhlükə adlandırırdı. Onun bütün sözləri hamı üçün dərs olmalıdır", - deyə Xamneyi əlavə edib.
Ali dini rəhbər Ər-Riyada da mesaj göndərib və məsləhət verib: "Onlar ABŞ-la əməkdaşlıq edir və əlaqələri genişləndirmək istəyir. Lakin bunu unutmasınlar. Ölkənin büdcəsinin azı yarısını itirəcəklər".
Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti kimi ilk səfərini məhz Səudiyyə Ərəbistanına edib və səfərdən öncə iki ölkə arasında yaxın 10 ildə silah ticarətinin 350 milyard dollara çatdırılması razılaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi