Həbsə aparılan mafiozun əlini öpdülər - NÖVBƏ İLƏ

İtaliyanın məşhur mafiya başçılarından Cüzeppe Corci həbs olunub.

 

APA TV-nin "Associated Press"ə istinadən məlumatına görə, uzun müddət "Ndragetta" mafiyasına rəhbərlik edən 56 yaşlı C.Corci polisin müşayiəti ilə evindən çıxarılarkən bir neçə nəfər onu salamlayıb. Hətta onlardan biri mafiozun əlindən öpüb.

 

Qeyd edək ki, Cüzeppe Corci 1994-cü ildən axtarışda olub. İndi isə onu beynəlxalq miqyasda narkotik maddə ticarəti ilə məşğul olduğu üçün 29 il həbs cəzası gözləyir.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR