Öz traktoru ilə yük maşınının arasında can verdi: DƏHŞƏTLİ ÖLÜM
Şəmkirdə bədbəxt hadisə bir nəfərin dünyasını dəyişməsi ilə nəticələnib. APA TV-nin Qərb bürosunun məlumatına görə, iş zamanı traktoru işə salmaq istəyən sürücü ehtiyatsızlıq nəticəsində xəsarət alaraq ölüb.
Hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Qurban Cəfərov həmkəndlisi Mətləb Quliyev üçün traktorla ot bağlamaları gətirib. Otu boşaltdıqdan sonra traktoru yerdə mühərrikin yanında dayanaraq işə salmaq istəyib. Bu zaman işə düşən traktor hərəkətə gələrək yanında dayanan "QAZel" markalı yük maşınını sürüməyə başlayıb. Sürücü Qurban Cəfərov ehtiyatsızlıqdan traktor və yük maşınının arasında qalaraq əzilib.
Texnikanın işlək hissələri onun qarın nahiyəsini bir neçə yerdən kəsib. Nəticədə Qurban Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi