İŞİD tutduğu əraziləri könüllü olaraq təhvil verməyə başladı: KİMƏ?

İŞİD terror təşkilatı nəzarətində olan bəzi bölgələri döyüşsüz Suriya ordusuna təslim edib.

 

APA TV-nin məlumatına görə, Hələbdə yerləşən bir çox sənaye bölgəsi, məktəblər və kəndlər döyüşsüz Əsəd qüvvələrinə verilib.


İŞİD-in geri çəkilməsinə qədər tərəflər arasında güclü döyüşlər baş vermişdi. Əsədə məxsus qüvvələr İŞİD-in nəzarətindəki əraziləri havadan bombalamışdı. Terror təşkilatı Alxafseh və Maskanahdan çəkilmədən öncə burada yaşayan insanlardan ərazini tərk etməklərini istəmişdi.


Eyni zamanda bölgədə yaşayan minlərlə mülki şəxs böyük döyüşün baş verəcəyini gözləyərkən İŞİD müharibəsiz bölgəni tərk edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR