Birjalarda neftin qiyməti bahalaşmağa başlayır
ABŞ-da neft hasilatının artması ehtimalı birjalarda “qara qızıl”ın qiymətinə mənfi təsir göstərməkdə davam edir.
APA TV-nin məlumatına görə, ötən həftə 49,13 dollar səviyyəsinə endikdən sonra dəyər qazanmağa başlayan “Brent” nefti həftənin ilk ticarət sessiyalarında 50,71 dollara satılıb. Qərbi Texas nefti isə 48,38 dollardan təklif olunur.
Bu gün ABŞ-ın kommersiya neft ehtiyatlarının həftəlik həcminə dair dünyanın nüfuzlu neft analitikləri arasında keçirilən sorğunun nəticələri açıqlanacaq. “Reuters” və “Bloomberg”in açıqladığı proqnoz birjalarda neftin qiymətinə təsir edir. Ehtiyatların azalması neftin qiymətini ən azı indiki həddə saxlaya bilir. Sabah isə Amerika Neft İnstitutunun ehtiyatların həcminə dair həftəlik qeyr-rəsmi hesabatının açıqlanacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi