"Yuventus" və "Real Madrid"in oyununda terror həyəcanı: 600-dən çox yaralı var

"Yuventus" və "Real Madrid" futbol klubları arasında gedən Çempionlar liqası finalında çaxnaşma yaşanıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, İtaliyanın Turin şəhərində, San-Karlo meydanında nəhəng ekranlardan futbolu izləyən 30 mindən çox tərəfdar qəfil eşidilən güclü səs-küyü partlayış səsi hesab edərək həyəcanlanıb. Bu vaxt bəzi şəxslərin "bomba var, qaçın" deməsilə basabas yaranıb. Nəticədə 6 nəfərinin vəziyyəti ağır olmaqla 600-dən çox insan yaralanıb.

 

Sonradan aydın olub ki, gurultulu səs bir qrup tərəfdarın söykəndiyi pilləkən məhəccərinin yerə düşməsi zamanı eşidilib və bunu da bəziləri terror hücumu hesab edib.

 

Yaralıların çoxu isə yerdəki sınıq şüşələrin üzərinə düşməklə xəsarət alıb. Ağır yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onların arasında 4 yaşlı bir uşaq da var.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR