Goranboyda yol qəzası: xəsarət alanlar var
Bakı-Qazax magistralında iki avtomobilin toqquşması 6 nəfərin xəsarət almasına səbəb olub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Goranboy rayonu Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Qəzada Gəncə şəhər sakini 28 yaşlı Vüqar Əliyevin idarə etidyi “VAZ 2115” markalı avtomobillə Goranboy rayonu Qaradağlı kənd sakini 35 yaşlı Boris Mövlayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və "Jiquli"nin sürücüsünün sərnişinləri - həyat yoldaşı 32 yaşlı Sveta Mövlayeva, övladları 11 yaşlı Əfsanə, 8 yaşlı Aysel və digər sərnişin 32 yaşlı Mürvət Cəfərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Uşaqların vəziyyəti normal, digər 4 nəfərin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi