Sərxoş sürücünün idarə etdiyi "Range Rover" piyadanı öldürdü
Gəncədə avtomobil 60 yaşlı kişini vuraraq öldürüb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini 30 yaşlı Elşad Mirzəyev idarə etdiyi "Range Rover" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 60 yaşlı Vəliyev Mais İsa oğlunu vurub.
Nəticədə ağır xəsarətlər almış piyada hadisə yerində ölüb. Məlumata görə, sürücü orta dərəcəli sərxoş vəziyyətdə olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:40
300
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
380
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1139
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1088
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1047
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
579