Yəmən ordusu ilə husilər arasında qarşıdurmada 12 nəfər öldü

Yəmənin Taiz şəhərində hökumət qüvvələri ilə husilər arasında çıxan qarşıdurmalarda 12 nəfər öldürülüb.

 

APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Taizin qərbində olan prezident sarayı və hərbi düşərgənin ətrafında son 24 saatda yaşanan qarşıdurmalarda husilərdən 10 nəfərin öldüyü, onlarla yaraqlının da yaralandığını bildirilib. Qarşıdurmalarda təhlükəsizlik qüvvələrindən də 2 nəfər həyatını itirib.

 

Husilər və onların tərəfdarları bir müddətdir ki, Taiz şəhərini nəzarət altında saxlayır. Yəmən ordusu hələ ötən il Xalq Müqavimət Güclərinin dəstəyi ilə cənub-qərbdən onların müqavimətini qismən qırmağı bacarmışdı.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR